Azərbaycanda karantin rejiminin növbəti dəfə uzadılması səbəbindən quru sərhədlərin 2026-cı ilin aprel ayınadək açılması ehtimalı yoxdur. Bununla belə, müəyyən istisnalar ola bilər.
Bu sözləri millət vəkili Arzuxan Əlizadə quru sərhədlərin açılması imkanları haqda danışarkən deyib.
Deputat bildirib ki, quru sərhədlərin uzun müddət bağlı qalması turizm sektoruna, iqtisadi imkanlara və vətəndaşların sərbəst gediş-gəliş hüquqlarına ciddi təsir göstərir:
“Xüsusilə də aviabilet qiymətlərinin bir çox vətəndaş üçün əlçatan olmaması problemi daha da dərinləşdirir.
Quru sərhədlərin bağlı saxlanılması artıq epidemioloji səbəblərlə deyil, daha çox dövlət təhlükəsizliyi amilləri ilə bağlıdır. Hazırda mövcud olan xarici təhdidlər nəzərə alındıqda, dövlət təhlükəsizliyi bütün digər məsələlərdən üstün tutulur. Dövlət qurumlarının bu məsələdə cəmiyyətə açıqlanmayan kifayət qədər geniş informasiyası mövcuddur və məhz bu səbəbdən qəbul edilən qərarlar dövlət maraqları baxımından anlayışla qarşılanmalıdır”.
Bununla yanaşı, deputat karantin rejiminin təhlükəsizliklə bağlı narahatlıqlar aradan qalxan kimi ləğv edilə biləcəyini də vurğulayıb
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta