Elmar Baxşıyevdən sonra daha iki məşqçi «Araz-Naxçıvan»ı tərk edib.
Rasim Ramaldanov Və Ramiz Kərimov «ağ-qırmızılar»la vidalaşmalı olub. Əfran İsmayılov və digərləri isə burada qalıb.
Muxtar Respublika təmsilçisi uğursuz gedişat üzündən dəyişiklik etmək məcburiyyətində qalıb.
Yayda Konfrans Liqası ilə ikinci mərhələdə vidalaşmış komanda ölkə kuboku uğrunda yarışmanı da erkən dayandırıb.
«Kəpəz»ə uduzaraq ¼ final mərhələsinə vəsiqə qazana bilməyən «Araz» Premyer Liqada qış fasiləsinə də altıncı pillədə yollanıb.
Elmar Baxşıyev 2024-cü ilin aprelindən burada işləyirdi. Bu yay onunla müqaviləni 1 illik uzatmış, maaşını 15000 manata qaldırmışdılar.
İndi onu burada Andrey Demçenko əvəzləyəcək. Artıq ukraynalı mütəxəssislə 1,5 illik kontrakt şərtləri razılaşdırılıb.
SPORTİNFO.AZ