Rusiya tərəfi Azərbaycan üzərindən marşurutu istifadə etməklə 2026-cı ilin yanvarında 132 vaqon buğdanında göndəriləcəyini bəyan edir. Bu öz növbəsində marşurutun test mərhələsindən taimi logistik xətdə çevrildiyini göstərir.
Rusiya-Ermənistan və əkas iqtiqamətdə ticarət bu günə qədər əsasən Yuxarı Lars vasitəsi ilə həyata keçirilirdi. Həm Azərbaycan həm Gürcüstan üzərindən keçən marşurutun müqayisəsinə nəzər saldıqda.
Azərbaycan üzərindən keçən yol ilin demək olar ki, əksər günlərindən naviqasiyaya açıqdır. Yuxarı Lars yolu isə əksinə hava şəraitindən çox asılıdır. Daşınma müddətinin azalması xərclərində azalmasına təsir edir. Deməli həmdə iqtisadi baxımdan daha əlverişlidir. Eyni zamanda Azərbaycan üzərindən keçən marşurutun Yuxarı Larsla müqayisədə buraxılış imkanlarıda genişdir. Deməli daha az müddətə daha çox əməliyyat etmək imkanı mövcuddur.
Eyni zamanda Azərbaycanın Ermənistan üçün tranzit marşurutunu açması həmçinin İrəvanı orta dəhlizə inteqrasiya edir.
Beləliklə 8 avqustda Ağ evdə paraflanan sülh müqaviləsindən ötən 137 gün ərzində Ermənistan sülhün nə qədər faydalı, əlverişli olduğunu real olaraq görməkdədir. Bakı-İrəvan siyasi normallaşması Ermənistanın makroiqtisadi stabilliyinə bir başa müsbət təsir göstərir. Təkçə buğdanın Azərbaycan üzərindən daşınması imkan verir ki, gələn il Erməni əhali un və çörəyi daha sərfəli alıb qidalana bilsinlər.
Region logistikasında baş verən son dəyişikliklər Azərbaycanın Qafqazda alternativsiz logistik hab statusunu möhkəmləndirir. İndi rəsmi Bakı Pekin, London, Tehran, Moskva, istiqamətində ticarət axınlarına kontrolu ələ alır.
Aqil Məmmədov, politoloq