AZ

Vitkofun müavini: "İranla danışıqlara hazırıq"

Bu sözləri ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsinin müavini Morqan Ortaqus Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının iclasında dilə gətirib. O vurğulayıb ki, İranla aparılacaq birbaşa danışıqlar ictimaiyyətə açıq şəkildə aparılmamalıdır:

"ABŞ bu danışıqlara hazırdır, amma əlbəttə, bu, yalnız Tehranın birbaşa və mənalı dialoqa razılığı ilə mümkündür. Nüvə proqramı məsələsində isə Vaşinqtonun qərarı qətidir: İran uranızənginləşdirməməlidir".
Əraqçi:"ABŞ ilə razılaşmağa hazırıq"

Xatırladaq ki, ABŞ-nin İranla nüvə proqramı üzrə 2018-ci ildə dayandırdığı danışıqlar bu il mayın əvvəlində yenidən başlamışdı. Omanın vasitəçiliyi ilə keçirilən danışıqlar ABŞ və İran arasında son 8 il ərzində ən mühüm təmas kimi qiymətləndirilirdi. Halbuki İsrailin İran ərazisindəki nüvə obyektlərinə qarşı hücumu, ardınca ABŞ-nin də bu əməliyyata qoşulması və nəticədə meydana gələn 12 günlük (iyunun 13-dən 25-dək) müharibə bu danışıqları da sual altında qoyub.

Firudin Həmidli
AzVision.az
Seçilən
42
3
azvision.az

4Mənbələr