AZ

Papa XIV Lev Rusiyanın Milad atəşkəsini rədd etməsini kədərverici olduğunu deyib

Pontifik tərəfləri heç olmasa Milad günü sülhə hörmət etməyə çağırıb...

Poliqon xəbər verir ki, Papa XIV Lev Rusiyanın Ukrayna ilə müharibə fonunda Milad atəşkəsi təklifindən imtina etməsindən dərin məyusluq keçirdiyini bildirib. Katolik Kilsəsinin rəhbəri bu fikirləri İtaliyadakı iqamətgahının yaxınlığında jurnalistlərlə söhbətində səsləndirib.

“Məni ən çox kədərləndirən məqamlardan biri Rusiyanın, görünür, atəşkəs çağırışını rədd etməsi oldu. Mən bir daha bütün xoş niyyətli insanlara müraciət edirəm ki, heç olmasa Miladı sülh günü kimi qəbul etsinlər”, deyə Papa XIV Lev vurğulayıb.

Pontifik əlavə edib ki, bu çağırışın eşidiləcəyinə ümid edir: “Bəlkə bizi dinləyərlər və o zaman heç olmasa 24 saatlıq, bir günlük də olsa, dünyada sülh olar”.

Qeyd edək ki, bu həftə Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyanın Ukraynanın Milad atəşkəsi ilə bağlı təklifini qəbul etmədiyini açıqlayıb. Onun sözlərinə görə, Moskva “sülh istəyir”, lakin “Ukraynaya nəfəs dərmək və müharibəni davam etdirməyə hazırlaşmaq imkanı verəcək atəşkəsə” razı deyil.

Papa XIV Lev-in bəyanatı beynəlxalq ictimaiyyətin müharibənin humanitar nəticələrindən narahatlığının artdığı bir vaxta təsadüf edir. Vatikan rəhbəri bundan əvvəl dəfələrlə tərəfləri dialoqa və ən azı dini bayramlar ərəfəsində zorakılığın dayandırılmasına çağırıb. Onun fikrincə, simvolik də olsa belə, qısa müddətli atəşkəs münaqişə tərəfləri arasında etimadın bərpasına və sülh üçün yeni imkanların yaranmasına töhfə verə bilər.

Poliqon.info

Seçilən
48
poliqon.info

1Mənbələr