Dekabrın 23-də ölkə ərazisində qeydə alınan 28, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması təmin edilib. Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
Polis əməkdaşları tərəfindən axtarışda olan ümumilikdə 224 nəfər saxlanılıb. Onlardan 194-ü borclu şəxs qismində axtarışda olub.
Gün ərzində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.
Gülnar