AZ

Lənkəran sakini Rusiya-Ukrayna müharibəsində itkin düşdü – FOTOLAR

Lənkəran rayonundan olan 57 yaşlı Davud Qafarov Rusiya–Ukrayna müharibəsində itkin düşüb.

NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, Rusiya–Ukrayna müharibəsində Lənkəran rayon Tükəvilə kənd sakini, 1967-ci il təvəllüdlü Davud Xanağa oğlu Qafarov Ukraynanın Donetsk şəhəri ərazisində itkin düşüb.

Yaxınlarının bildirdiyinə görə, o, sonuncu dəfə dekabrın 4-də ailə üzvləri ilə əlaqə saxlayıb. Həmin tarixdən sonra ondan heç bir xəbər yoxdur.

Hazırda yaxınları Davud Qafarovun axtarışını davam etdirir.

Ailəsi onu tanıyan, sağ olub-olmaması barədə hər hansı məlumatı olan şəxslərdən xəbər vermələrini xahiş edirlər.

Seçilən
38
nocomment.az

1Mənbələr