Bu həftə Neymar üçün həlledici xarakter daşıyır. O, karyerasının ən vacib qərarını verməlidi.
"Football-plus.az" xəbər verir ki, 33 yaşlı hücumçu sol dizindən cərrahi əməliyyat olunacaq. Məhz bu müdaxilədən sonra o, gələcək karyerası ilə bağlı yekun qərarını verə biləcək.
Məlumata görə, Neymarın hazırkı klubu “Santos”un rəhbərliyi onunla müqavilənin yenilənməsi məsələsində nikbindi. Ulduz futbolçunun mövcud müqaviləsi bu ilin sonuna qədər qüvvədə olacaq.
Qeyd edək ki, Neymar bir neçə gün əvvəl əsas hədəfinin 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatına qədər fiziki formasını bərpa etmək olduğunu açıqlamışdı.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta