AZ

Liqa 1-in lideri Mali millisinin üzvünü heyətinə qatdı

Fransanın "Lans" klubu Almaniya "Leypsiq"inin sabiq müdafiəçi Amadu Aydara ilə müqavilə bağlayıb. 

Fanat.Az xəbər verir ki, məlumatı Liqa 1 klubunun mətbuat xidməti yayıb. 

Malili futbolçu ilə müqavilənin müddəti üç il yarım müddətinə nəzərdə tutulub. 

27 yaşlı futbolçu "Real Bamako"nun akademiyasının yetirməsidir. O, 2016-cı ildə Avstriyanın "Zalsburq" komandasına qoşulub və üç il sonra 150-dən çox oyun keçirdiyi Almaniya təmsilçisi "Leypsiq"ə keçib. 

Aydara Mali millisində təxminən 50 oyun keçirib. 

"Lans" hazırda Fransa Liqa 1-də 37 xalla çempionata liderlik edir və ikinci yerdəki PSJ-dən bir xal öndədir.
 

Seçilən
21
1
fanat.az

2Mənbələr