AZ

Yeni hücumçu almağı planlaşdırır - “Qarabağ”ın rəqibi

“Liverpul”un hücumçusu Aleksander İsak aldığı zədə səbəbindən uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.

Mersisayd klubunun rəhbərliyi bu səbəbdən isveçli futbolçuya əvəzləyici transfer etməyi planlaşdırır.

Sportinfo.az “The Telegraph”-a istinadən xəbər verir ki, “qırmızılar” “Bornmut”un üzvü Antuan Semenyonu heyətinə qatmaq niyyətindədir.

Potensial transferin dəyəri 75 milyon avro olaraq qiymətləndirilir. Razılaşmanın qış transfer pəncərəsində rəsmiləşəcəyi bildirilir.

Semenyo cari mövsümdə 17 oyunda iştirak edib, 8 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun “Bornmut”la müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Seçilən
45
sportinfo.az

1Mənbələr