BAKI, 24 dekabr. TELEQRAF
“Bugünkü tədbirimiz 2024-cü ildə təməli qoyulmuş mühüm bir ənənənin məntiqi davamı olmaqla yanaşı, dövlət-din münasibətlərinin sağlam və davamlı inkişaf xəttinin bariz göstəricisidir”.
Teleqraf xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Din xadimlərinin II Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, ölkəmizdə din siyasəti demokratik, hüquqi, dünyəvi dövlətçilik prinsiplərinə və beynəlxalq normalara əsaslanır:
“Azərbaycan Prezidenti İlham Əliyevin ötən il keçirilmiş Forumun iştirakçılarına müraciəti ideoloji məzmun və konseptual mahiyyətinə görə bir neçə vacib istiqaməti əhatə edirdi. Məhz həmin müraciətdə ifadə olunan strateji hədəflər ötən bir il ərzindəki fəaliyyətimizə istiqamət vermiş və bizi bugünkü Forumu təşkil etməyə ilhamlandırmaqla yanaşı, onun gündəliyini də müəyyənləşdirmişdir”, - o qeyd edib.