DİN-nin Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalı tərəfindən tibbi avadanlıqların satınalınması ilə bağlı elan edilmiş tenderin nəticəsi açıqlanıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Supplimed" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Müqavilənin ümumi dəyəri 3 milyon 235 min 920 manat təşkil edir. Ehtimal olunan qiymət isə 3 milyon 287 min 745 manat idi.
Qeyd edək ki, "Supplimed" MMC bu yaxınlarda (19.12.2025) səhiyyə sahəsində daha bir satınalmanın qalibi olub. Şirkət "Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası" Publik Hüquqi Şəxsi tərəfindən müxtəlif növ avadanlıqların və malların satınalınması üzrə keçirilən tenderi qazanıb. Həmin müqavilənin dəyəri 55 min 233 manat təşkil edib.
Qeyd edək ki, bu şirkət 3 aprel 2014-cü ildə yaradılıb və 1 milyon 97 min 890.35 manat nizamnamə kapitalına malikdit. Qanuni təmsilçisi Həmid Mustafayev Kamil oğludur.