AZ

Moskvada partlayış - İKİ POLİS ÖLÜB

Moskvada yol polisinə məxsus xidməti avtomobilin yaxınlığında partlayış baş verib.

Herbiand.az Rusiya mənbələrinə istinadən xəbər verir ki, hadisə nəticəsində ikisi polis əməkdaşı olmaqla 3 nəfər ölüb.

Məlumata əsasən, xidməti avtomobilin yanında əldəqayırma partlayıcı qurğu işə düşüb.

Versiyalardan birinə görə, partlayıcı qurğunu naməlum şəxslər polis maşınına atıblar.

İki nəfərin yaralı olduğu bildirilir.

Hadisənin baş verdiyi ərazidə istintaq qrupu işləyir.

Seçilən
32
herbiand.az

1Mənbələr