AZ

İslahatçılardan Pezeşkiana xəbərdarlıq: “Xalq qəzəblidir” 

Vətəninfo.az xəbər verir ki, İranda islahatçı qüvvələrdən ölkə prezidenti Məsud Pezeşkiana sərt çağırış edilib.

“İslahat Cəbhəsi”nin sədri Azər Mənsuri ötən həftə “X” hesabındakı paylaşımında ölkədə davam edən inflyasiyanın əhalinin həyatını iflic etdiyini bildirib.

“Cənab prezident! Davamlı inflyasiya İran əhalisinin həyatını iflic edib. Süfrələr kiçilir, psixoloji təhlükəsizlik zəifləyir, gələcəklə bağlı narahatlıq artır. Sanksiyalarla yanaşı, yanlış siyasət və büdcə kəsiri xalqın ümid və etimadını əlindən alıb. Xalq qəzəblidir, bu cür idarəçilik davam edə bilməz! Bir iş görün!”, – deyə, Mənsuri vurğulayıb.

Seçilən
9
veteninfo.az

1Mənbələr