ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
ABŞ bu həftə Karib regionuna əlavə hərbi qüvvələr və avadanlıqlar göndərib.
“Qafqazinfo” “The Wall Street Journal”a istinadən xəbər verir ki, son günlərdə regiona ABŞ Hərbi Hava Qüvvələrinin 10 ədəd “V-22 Osprey” hərbi nəqliyyat təyyarəsi və “C-17 yük təyyarələri cəlb edilib.
Bu təyyarələrin hərbi personal və avadanlıq daşıdığı bildirilir.
Ağ Ev və Pentaqon isə məsələni şərh etməyib.
Bildirilib ki, son aylarda Venesuela ilə münasibətlərin gərginləşməsi fonunda ABŞ Karib hövzəsində qoşunlarını artırmağa başlayıb. Regionda hərbi gəmilər donanması, o cümlədən ən müasir “Gerald Ford” aviadaşıyıcısı və beş esmines, aviadaşıyıcı zərbə qrupu, dəniz piyadaları qrupu, qırıcı təyyarələr, elektron mübarizə təyyarələri və xilasetmə helikopterləri yerləşdirilib.
Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Trampın Venesuela lideri Nikolas Maduronu devirmək üçün müharibəyə başlamaq istədiyi barədə xəbərlər yayılmışdı. Ağ Ev rəhbəri həmçinin Venesuelanın hazırkı hakimiyyətini xarici terror təşkilatı kimi tanıdığını bəyan edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.