[/center]Universitetdə akreditasiya ilə bağlı problem yarandığından rektor Vasif Həsənovun, eləcə də yaxın ətrafının yanında tez-tez Agentliyin, TKTA-nın rəhbər şəxslərinin ünvanna təhqirediçi sözlər deyir.
Bu iddia Gəncə Dövlət Universiteti ilə bağlı Azərbaycan Respublikası Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru, ÜLKƏR xanım Səttarovaya ünvanlanmış və bir surəti də Yenixeber.org-a daxil olmuş müraciətdə yer alır... Müraciəti müəyyən ixtisarlarla təqdim edirik:
Hörmətli Ülkər xanım,
Gəncə Dövlət Universitetində çox yaxşı, yüksək biliyə və təcrübəyə malik professor-müəllim heyəti var. Lakin bu kollektiv əxlaqsız, amma özünü əxlaqlı göstərən bir qrup rəhbər şəxsin əlində qalıb.
1. Sabiq rektor Yadigar Əliyev bu universitetdə cəmi 7-8 ay müddətə rektor işlədi. Bu müddət ərzində universiteti ən müasir bir səviyyəyə qaldırdı. Tam rüşvətsiz, dərslərin keyfiyyəti çox yüksək.
2. Lakin həmin dövrdə prorektor işləyən Yusif Yusibov hər vasitə ilə Yadigar Əliyevi öz adamları vasitəsi ilə yəni, Mikayıl Cabbarov, Ceyhun Bayramov və Azər Bayramov qardaşları, Yusif Yusibovun qardaşı Maliyyə Nazirliyinin aparat rəhbəri Cavanşir Yusifov, eləcə də maliyyə naziri Samir Şərifov vasitəsi ilə ləkələyirdi.
3. Həmin müddətdə sabiq təhsil naziri Mikayıl Cabbarovun qərb zonasında vətəndaş qəbulu var idi. Bu qəbul da Gəncə Dövlət Universitetində idi. Mikayıl Cabbarov burada heç bir iclas keçirmədən, heç nəyi müzakirə etmədən Gəncədən Bakıya çatan kimi məlumat verdilər ki, guya Gəncədə iclas olub və həmin iclasda Yadigar Əliyevə şiddətli töhmət verilib. Amma əslində belə bir şey olmamışdı.
4. Bundan sonra sabiq təhsil naziri Mikayıl Cabbarov Yadigar Əliyevi məcburi məzuniyyətə göndərib, məzuniyyətdən qayıtdıqdan sonra universitetin möhürünü oğurlayıb, məcburi şəkildə ərizə yazdırıb, vəzifədən azad etdilər.
5. Bundan sonra universitetin qara günləri başladı. Universitetdə əxlaqsızlıq, rüşvətxorluq, korrupsiya, qohumbazlıq ayaq tutub yeriməyə başladı.
6. Universitetin rektoru Yusif Yusibovun kimya kafedrasının müəllimi Zəhra Əliyeva ilə əlaqələri meydana çıxdı. Rektor məşğul olduğunu əsas gətirərək kollektiv üzvlərini qəbul etmirdi. Amma günün əksər vaxtlarında həmin Zəhra Əliyeva onun kabinetindən çölə çıxmırdı
7. Nəticədə həmin Zəhra Əliyevanın əri universitetin qarşısında Yusif Yusibovu hamının gözü qarşısında təpik-yumruqla möhkəm döydü və elə vəziyyətə saldı ki, rektor bir həftə işə çıxa bilmədi.
8. Həmin müddət ərzində Zəhra xanımın ərini səs-küy olar deyə, şikayət etmədi, əksinə onu qorudu. Lakin müəyyən müddətdən sonra başqa səbəblərlə böhtan ataraq onu sifarişli şəkildə həbs etdirdi. İndi həmin adam həbsdən çıxıb deyə, rektor qorxusundan həm mühafizə ilə gəzir, həm də kabinetinin qarşısında mühafizə dayanır.
9. Kollektiv üzvlərini yenə də - günü bu gün də qəbul etmir. Yeganə rektordur ki, onun qəbul saatı yoxdur. Qəbul üçün gələn adamları yalançı, rüşvətxor, özünün bütün pul maxinasiyalarını həyata keçirən, əvvəl dekan, sonra isə prorektor olan Şahin Xurşudov həyata keçirirdi. Bu da rektor kimi ... idi. İqtisadiyyat fakültəsinin tələbəsi olan nişanlı qıza sataşdığı üçün, həmin qızın adamları tərəfindən universitetin həyətində qalstukundan tutularaq, asfaltda sürüyərək döyülmüş və qıçları sındırılmışdı. Bir aydan artıq işə çıxmadı.
10. İlqar Kubışev bu rektorun köməkçisi idi. Bu şəxsin ixtisası Maşınqayırma texnologiyasıdır. Həmin şəxsi Musiqi Kollecinə direktor təyin etdirdi. Kollektiv bu adamdan narazılığa qalxdı. Nəticədə Nazirin əmri ilə işdən qovuldu. Bu adamı yenidən özünə köməkçi təyin etdi. Müəyyən müddətdən sonra İlqar Kubışevi yenidən Gəncə Regional Kollecə direktor təyin etdirdi. Kollecdə yenə narazılıqar başladı və yenidən Təhsil Naziri tərəfindən bu şəxsə töhmət verilərək işdən azad edildi.
11. Maraqlı odur ki, nazir tərəfindən töhmət verilərək işdən qovulan bu şəxsi- İlqar Kubışevi yenidən özünə müşavir təyin etdi. Nazirin töhmət verib dəfələrlə işdən qovduğu şəxsi yenidən yüksək vəzifəyə təyin etmək Təhsil Nazirinə meydan oxumaq deyilmi??? Ən açıncaqlı hal odur ki, bu İlqar Kubışevin ... də universitet əməkdaşları arasında mübahisəli məsələdir. Bütün gününü lazerdə keçirən, orasının-burasının tükünü çəkdirən, başına lak qoyan, hamıya üzdəniraq Baboş kimi Canım, Canım deyə müraciət edən bu şəxs kollektivə rəhbərlik edir, rektorun əvəzindən qərarlar verir. Çünki, bu adam öz evini vaxtı ilə Yusif müəllim və ... vermişdi.
12. Universitetdə nənəsi erməni olan Vasif və Asif Həsənov qardaşları var. Bunlar rektorun ən yaxın adamlarıdır. Vasif Həsənov rektorun layihə maxinasiyalarına rəhbərlik edir. Bu adam İnnovasiyalar Deportamentinin direktorudur. Universitetdə bütün işləri kafedralara gördürürlər. Vasif Həsənov və rəhbərlik etdiyi şöbə isə imtahan maxinasiyalarından başqa, faktiki heç bir işlə məşğul deyil.
13. Universitetdə imtahanla bağlı bütün məsələlərə Vasif Həsənov rəhbərlik edir. Rüşvət müqabilində istənilən tələbənin qiymətlərinə düzəliş olunur. Azərbaycanda yeganə universitetdir ki, rüşvət ayaq tutub yeriyir. Bu prosesdə professor-müəllim heyətinin qətiyyən iştirakı yoxdur. Bütün rüşvət maxinasiyalarını Vasif Həsənovun sehrli nootbukunun köməyi ilə rektor əlahəzrətləri edir.
14. Rektor hər vəchlə çalışır ki, həmin Vasif Həsənovu tədris işləri üzrə prorektor təyin etdirsin. Vasif Həsənov isə TKTA və rektor arasında əlaqələndirici rolunu oynayır, nənəsi erməni olduğu üçün erməni siyasətinə uyğun olaraq özünü həm TKTA-ya, həm də rektora yaxın kimi qələmə verir. Bu Vasifin bütün qohum-əqrəbası - qardaşı, bacısı, yoldaşı, xalaları və s. universitetdə rektor tərəfindən işə götürülüb.
14. Universitetdə professor-müəllim heyətindən çox texniki işçi var. Yeganə rektordur ki, Zəhra xanımın keçmiş ərinin qorxusundan mühafizə ilə gəzir. Çünki, həmin xanımın ailəsini dağıtdı, uşaqlarını əlindən aldı, özü ilə də ... hələ də davam edir.
15. Bütün ali məktəb rektorları öz əməkdaşlarına bayram münasibəti ilə 1000 manat, 500 manat, hətta kolleclər 200 manat maaş verdilər. GDU-nun tələbə sayı bu universitetlərdən artıq olmasına baxmayaraq Yusif Yusibov 50 manat verir, bundan da vergi çıxanda 35 manata yaxın qalır. Bu kollektivi təhqir etmək deyilmi. Artan narazılığı nəzərə alıb, indi 100 manat yazdı, ondan da vergi çıxanda 78 manat qalır. İndiki bahalıq şəraitində müəllimlər bununla neçə bayram keçirsin, çox maraqlıdır.
16. Öz yaxın ətrafına çox yüksək maaş verir, əməkdaşların maaşlarını qaldırmır. Universitetdə hələ də laborantlar 280 manata yaxın, müəllimlər də 450 manata yaxın maaş alır.
17. Tez-tez elmi şurada müzakirə olunmadan, elmi şuranın adından qərar verib, özünə yaxın adamların maaşını qaldırır. Həqiqi müəllimlərin əməyinə isə heç bir qiymət verilmir.
17. Qış imtahan sessiyası hələ başlamayıb, lakin imtahanlar üçün tələbələrdən pullar indidən 100-150 manatdan yığılıb.
18. Universitetdə akreditasiya ilə bağlı problem yarandığından rektor Vasif Həsənovun, eləcə də yaxın ətrafının yanında tez-tez Agentliyin, TKTA-nın rəhbər şəxslərinin ünvanna təhqirediçi sözlər deyir.
19. Universitetin çox gözəl kollektivi var, bu kollektivlə təhsildə böyük irəliləyişlər qazanmaq olar.
20. Məktub ona görə imzasız yazılıb ki, öz imzası ilə yazan şəxslərə divan tutulur, onlara dərs verilmir, incidilir. Bu adam o qədər özündən razıdır ki, deyir Emin Əmrullayev kimdir. Mənə heç nə edə bilməz. Mikayıl Cabbarov var. Vaxtaşırı olaraq Mikayıl Cabbarova xüsusi haqq-hesab göndərilir. Rektor deyir ki, Allah qoysa universitetin 90-cı illik yubileyini də Sizlə birgə keçirəcəm.
Ülkər xanım ümidimiz Sizədir, bu qoca rektoru, eləcə də onun rüşvətxor ətrafını vəzifədən aralayın, qoy bu normal kollektiv təhsilə, elmə öz dəyərli xidmətini göstərsin. GDU qədim universitetdir, yaxşı ənənələri və böyük tarixi vardır, amma bu ənənələr artıq məhv edilmək üzrədir. Bu rektor Emin Əmrullayevdən yox, Sizdən qorxur, özü də neçə...(Yenixeber.org)
Qarşı tərəfin cavab haqqını tanıyırıq.