AZ

Roma Papası Rusiyanın atəşkəsdən imtina etməsini kədərlə qarşıladı – ÖZƏL

Olaylar.az xəbər verir ki, Roma Papası XIV Leo Rusiyanın Ukraynadakı müharibədə Milad atəşkəsindən imtina etməsindən böyük kədər duyduğunu bildirib. İtaliyadakı iqamətgahının qarşısında jurnalistlərə açıqlama verən pontifik, Milad bayramının ən azı bir günlük sülh günü kimi qeyd olunması üçün yenidən çağırış edəcəyini vurğulayıb.

"Bəlkə bizi eşidərlər və beləliklə, bütün dünyada ən azı 24 saatlıq sülh bərqərar olar," - deyə Papa XIV Leo əlavə edib.

Xatırladaq ki, bu həftə Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyanın Ukraynanın Milad atəşkəsi təklifini qəbul etmədiyini açıqlayıb. Peskov qeyd edib ki, Rusiya sülh tərəfdarı olsa da, Ukraynanın yenidən qruplaşmasına və müharibəyə hazırlaşmasına şərait yaradacaq hər hansı "nəfəslik" və ya müvəqqəti atəşkəsə razı deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
26
olaylar.az

1Mənbələr