AZ

Meyvə, tərəvəz və paxlalı bitkilərə üstünlük verilməsiməsləhətlidir

İspaniyanın Qida Təhlükəsizliyi və Qidalanma Agentliyinin mütəxəssisləri Yeni il gecəsi üçün sağlamlıq problemlərindən qaçmağa kömək edəcək ideal menyunu təqdim ediblər.

Redaktor.az xəbər verir ki, onların tövsiyələrini "La Razon" nəşri yayımlayıb.

Agentlik bayram günləri ilə bağlı xüsusi bələdçi hazırlayaraq, bu dövrdə bitki mənşəli qidaların istehlakının artırılmasını tövsiyə edib. Mütəxəssislər xüsusilə meyvə, tərəvəz və paxlalı bitkilərə üstünlük verilməsini məsləhət görüblər.

Bundan əlavə, bayram süfrəsində zeytun yağı kimi məhsullarda olan faydalı yağların seçilməsinin vacibliyi vurğulanıb. Eyni zamanda, ultraemal olunmuş məhsulların, şəkər və duzun qəbulunun azaldılması tövsiyə edilir.

Ət məhsullarına gəldikdə isə, mütəxəssislər dovşan əti və ya quş ətinin daha sağlam seçim olduğunu bildiriblər.

Aytəkin TOFİQQIZI

Seçilən
35
1
redaktor.az

2Mənbələr