Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik teleqramı göndərib. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Putin təbrikində bildirib ki, İlham Əliyevin rəhbərliyi altında Azərbaycan sosial-iqtisadi sahələrdə tanınmış uğurlar əldə edib və beynəlxalq arenada mövqelərini möhkəmləndirir.
Rusiya prezidenti İlham Əliyevə cansağlığı, firavanlıq və uğurlar arzulayıb, ailəsinə salamlarını çatdırmağı xahiş edib.
Teleqramda qeyd olunub ki, Rusiya–Azərbaycan münasibətləri dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır və strateji tərəfdaşlıq, müttəfiqlik ruhunda inkişaf etməyə davam edəcək.
Putin vurğulayıb ki, bu yanaşma hər iki ölkə xalqlarının maraqlarına cavab verir.