AZ

Qocalar evində partlayış: Ölənlər var

ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhəri yaxınlığındakı qocalar evində gecə saatlarında partlayış baş verib.

Publika.az ABŞ mediasına istinadən xəbər verir ki, partlayışda iki nəfər həlak olub.

Məlumata görə, işçilər qaz sızmasını yoxlayarkən ardıcıl iki partlayış baş verib. Hadisə nəticəsində binanın bir hissəsi uçub, beş nəfər isə itkin düşüb.

Axtarış və xilasetmə işləri davam edir.

Seçilən
20
publika.az

1Mənbələr