AZ

Azərbaycanın dövlət-din münasibətləri modeli bizim milli sərvətimizdir - Ramin Məmmədov

Bakı. Trend:

Azərbaycanın bu gün tətbiq etdiyi dövlət-din münasibətlərimodeli bizim milli sərvətimizdir.

Trend xəbər verir ki, bunu AzərbaycanRespublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədriRamin Məmmədov Azərbaycan Din Xadimlərinin II Forumunda çıxışı zamanı deyib.

"Biz fəxr edirik ki, ölkəmizdə məscidlərin, kilsələrin vəsinaqoqların qapıları hər kəsin üzünə eyni səmimiyyətlə açılır vəbu ibadətgahların hər biri dövlətin hərtərəfli qayğısı ilə əhatəolunur. Tolerantlıq və multikulturalizm bizim şərəfli keçmişimizolduğu qədər, həm də parlaq və firavan gələcəyimizinzəmanətidir.

Dövlətimizin qüdrətlənməsi, xalqımızın birliyinin daha damöhkəmlənməsi və multikultural dəyərlərimizin bütün dünyada təbliğinaminə birlikdə, daha da əzmlə çalışmalıyıq. Çünki bu mənəvibütövlüyü qorumaq hər birimizin müqəddəs vətəndaşlıq borcu vəəcdadlarımızdan miras qalan müqəddəs missiyadır", - deyə Komitəsədri bildirib.

Seçilən
37
az.trend.az

1Mənbələr