AZ

"Qələbənin pisi olmur" - Pərviz Bayramov

İkinci Liqa təmsilçisi "Şirvan" ardıcıl ikinci qələbəsini qazanıb. Bölgə təmsilçisi qış fasiləsi ərəfəsində son oyununu evdə “Kür-Araz”a qarşı keçirərək 2:0 hesabı ilə qalib gəlib. Beləliklə, debütant 6-cı pillədə mövqeyini möhkəmləndirib. 

Komandanın baş məşqçisi Pərviz Bayramov Fanat.Az-a açıqlamasında görüşü belə şərh edib:

"2025-dəki son matçımızı evdə keçirdiyimiz üçün qələbəyə köklənmişdik. Oyuna yaxşı başladıq, istədiyimiz kimi də başa vurduq. Amma hücumdakı fəaliyyətimiz məni qane etmir. Qol vəziyyətlərindən yararlanmaq baxımından məhsuldarlıq zəifdir. Problem bu oyunda da dəvam elədi. Əlbəttə, 3 xala sevinirik, qələbənin pisi yoxdur. 
Ümumi dəyərləndirsək, bizim şəhər üçün hər qələbə uğurdur. Eniş yasadığımız, ortalarda bir neçə tur ard-arda məğlubiyyətlər aldığımızı nəzərə almasaq, həm start, həm də son iki oyun yaxşı alındı. Problemin səbəbini bilirik, fasilədə üzərində işləyəcəyik. Heyətin geniş olmamağı da problem yaradır. İnşallah, fasilə dönəmi bizim üçün uğurlu olar. Əskiklərimizi tamamlamağa çalışacaq, mövsümün ikinci yarısına daha yaxşı formada çıxacağıq".

Qeyd edək ki, debütant 14 tur ərzində 23 xal toplayıb və qış fasiləsinə 6-cı yerdə yollanıb.

Mirağa

Seçilən
5
1
fanat.az

2Mənbələr