AZ

Sadettin Saranın narkotik testi müsbət çıxdı

İstanbulda aparılan narkotik araşdırması çərçivəsində Fənərbaxça İdman Klubunun prezidenti Sadettin Saranın narkotik testi müsbət çıxıb.

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat yayıb.

İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik araşdırması çərçivəsində şübhəlilərdən götürülən qan və saç nümunələri ilə bağlı Məhkəmə Tibbi Ekspertizası İnstitutu tərəfindən hesabat hazırlanıb.

Məlumata görə, Fənərbaxça İdman Klubunun prezidenti Sadettin Saranın saç nümunələrində narkotik testi müsbət çıxıb.

Lakin Saranın qan, sidik və dırnaq nümunələrinin test nəticələri mənfi çıxıb.

QAZİLER.AZ

Seçilən
11
qaziler.az

1Mənbələr