AZ

Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin və Azərbaycan Evinin rəhbəri Kərim Kərimovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi İspaniyada yaşayan azərbaycanlılar, eləcə də Barselonadakı Azərbaycanlılar Cəmiyyəti və Azərbaycan Evi adından səmimi-qəlbdən təbrik edirik.

Sizin rəhbərliyiniz altında Azərbaycan son illərdə mühüm tarixi nailiyyətlərə imza atmış, öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş, beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirmişdir. Bu uğurlar dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar üçün də böyük qürur və mənəvi dayaq mənbəyidir.

Xüsusilə vurğulamaq istərdik ki, Sizin diaspor siyasətiniz xaricdə yaşayan soydaşlarımızın milli kimliyinin qorunması, Azərbaycan mədəniyyətinin və həqiqətlərinin dünyada tanıdılması baxımından mühüm rol oynayır.

Biz, İspaniyada yaşayan azərbaycanlılar bu siyasətə uyğun şəkildə ölkəmizi layiqincə təmsil etməyə, milli-mənəvi dəyərlərimizi yaşatmağa və Azərbaycan-İspaniya münasibətlərinin inkişafına töhfə verməyə çalışırıq.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. Qoy Sizin rəhbərliyiniz altında Azərbaycan dövləti daim güclənsin, xalqımız sülh, rifah və sabitlik şəraitində yaşasın!

Dərin hörmət və ehtiramla,

 

Kərim Kərimov

Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin və

Azərbaycan Evinin rəhbəri

Seçilən
19
1
xalqqazeti.az

2Mənbələr