AZ

Sığorta şirkətləri topladıqları 1,3 mlrd. manatın 844 mln. manatını geri qaytarıblar

BAKI, 24 dekabr. TELEQRAF

Bu ilin yanvar-noyabr aylarında 16 sığorta şirkəti tərəfindən toplanan 1 milyard 365 milyon 354 min manat sığorta haqqından 844 milyon 833 min manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Teleqraf bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Hesabat dövründə toplanan haqqlar ötən ilin eyni dövrü ilə müqayisədə 11,7%, həyata keçirilən sığorta ödənişləri isə 21,7% artıb.

Seçilən
38
teleqraf.com

1Mənbələr