AZ

Sədr: “Siqaretlərin tək tək satışı qadağandır, amma yenə də satılır”

ain.az bildirir, Demokrat.az portalına istinadən.

“10 ildən çoxdur ki, Azərbaycanda tütün və tütün məmulatları haqqında qanun qəbul olunub. Azərbaycan bir çox beynəlxalq konvensiyalara, o cümlədən tütünə qarşı mübarizə konvensiyalarına qoşulub”.Bu sözləri Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.O deyib ki, qanun qəbul olunmasına baxmayaraq, qanunda bir neçə dəyişiklik edilib:“Bu dəyişikliklər daha çox tütünün məhdudlaşdırılması istiqamətində olub. Dünyada tütün yeganə məhsuldur ki, bütün dünya tərəfindən birmənalı şəkildə zərərli hesab olunur. Tütün ziyanlı bir vasitədir. Tütün məişətin arxa mənasıdır. Azad İstehlakçılar Birliyi müəyyən edib ki, dörd daha təhlükəli siqaret istehsal edən fabrikin bağlanmasına nail olunub. Uzun illər Azərbaycanda Sovet dövründə filtrsiz siqaretlər istehsal olunurdu və onların da istehsalı dayandırılıb. Siqaretin bütün növləri zərərlidir. Qanun qəbul olunmasına baxmayaraq, bir çox müddəalar yerinə yetirilmir”. Onun sözlərinə görə, siqaretlərin tək-tək satışı qadağandır, amma yenə də satılır:“Təhsil və səhiyyə müəssisələrinin yaxınlığında siqaret satışı qadağandır, amma yenə də satılır. Bütün bunlar göstərir ki, Azərbaycanda tütünə meyillilik yüksəkdir. Hətta demək olar ki, Türkiyədən sonra ikinci yerdədir. Türkiyədə qadınlar da kütləvi şəkildə siqaret çəkir və bu tendensiya Azərbaycana da keçib. İndi isə bazara elektron siqaretlər daxil olub. Guya siqareti tərgitmək üçün nəzərdə tutulub, amma onların da insan sağlamlığına ziyanı var. Azad İstehlakçılar Birliyi olaraq çalışırıq ki, həm qaçaqmal elektron siqaretlərin, həm də ənənəvi qaçaqmal siqaretlərin qarşısını alaq. Siqaretlərin qiyməti də artırılmalıdır ki, əlçatanlıq azalsın və istifadə halları aşağı düşsün”.Leyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
demokrat.az

1Mənbələr