ain.az, Azvision portalına istinadən məlumatı açıqlayır.
AzVision.az xəbər verir ki, ABŞ administrasiyasının adı açıqlanmayan məmurunun bəyanatına istinad edən “Times of Israel” nəşri belə məlumat yayıb. “ İsrail nə qədər çox təxribat törədirsə, ərəb ölkələrinin onunla əməkdaşlıq etmək istəyi bir o qədər azalır. Vaşinqton ABŞ prezidenti Donald Trampın bütün tərəflərlə razılaşdırılan və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunan 20 bəndlik sülh planını tam dəstəkləməyə davam edir”, - qəzet amerikalı məmurdan sitat gətirir. Bundan əvvəl İsrailin Müdafiə naziri İsrael Kats İordan çayının qərb sahilində yəhudilərin Beyt-El qəsəbəsində keçirilən konfransda çıxış edərək Qəzza zolağının şimalında “Nahal” hücrələrinin yaradılması planlarını açıqlamışdı. O, həmçinin İsrailin anklavda hərbi mövcudluğunu saxlamaq niyyətini bəyan edib. Söhbət İsrail Müdafiə Qüvvələrinin (ÇAXAL) “Nahal” proqramından gedir. Bu proqram hərbi xidməti iqtisadi fəaliyyətlə, o cümlədən kənd təsərrüfatı da daxil olmaqla, ilk növbədə İsrail hakimiyyətinin məskunlaşma fəaliyyətini stimullaşdırmağa çalışdığı ərazilərdə birləşdirməyi nəzərdə tutur. Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.