AZ

Ankarada qəzaya uğrayan təyyarənin qara qutusu tapılıb

Ankarada

Türk xilasediciləri çərşənbə axşamı Ankara yaxınlığında qəzaya uğrayan Liviya Baş Qərargah rəisi Məhəmməd əl-Həddadın olduğu təyyarədən uçuş qeyd cihazını tapıblar.

Xalqcebhesi.az xəbər verir ki, hadisənin baş verdiyi yeri yoxlayan Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bu barədə TRT Haber telekanalında məlumat verib.

"Qara qutu çərşənbə günü yerli vaxtla saat 2:45-də tapılıb. Hərtərəfli araşdırma aparılır və nəticələri tezliklə məlum olacaq", - deyə o bildirib.

Nazirin sözlərinə görə, Falcon 50 təyyarəsi çərşənbə axşamı yerli vaxtla saat 20:17-də Ankaranın Esenboğa hava limanından Tripoliyə yola düşüb. Saat 20:32-də heyət təyyarədə təcili vəziyyət barədə məlumat verib və hava limanına qayıtmağı istəyib. Təyyarə ilə əlaqə saat 20:36-da kəsilib. Təyyarənin qalıqları saat 22:00-da Ankara əyalətinin Haymana rayonunda aşkar edilib. Təyyarədə beş Liviya hərbçisi də daxil olmaqla səkkiz nəfər olub.

Məryəm Quliyeva

Seçilən
35
1
xalqcebhesi.az

2Mənbələr