AZ

Özbəkistan rəsmisi: Azərbaycanın dövlət və din arasında qarşılıqlı əlaqə modeli nümunəvidir

Dövlət və din arasında qarşılıqlı əlaqənin Azərbaycan modeli dünyəvi yanaşmanın səmərəliliyini nümayiş etdirir.

"Report"un məlumatına görə, bunu Özbəkistan Prezidentinin müşavirinin müavini, Özbəkistan Beynəlxalq İslam Akademiyasının rektoru Müzəffər Kamilov Bakıda keçirilən Din Xadimlərinin II Forumunda bildirib.

Onun sözlərinə görə, qloballaşma, informasiya məkanının genişlənməsi, miqrasiya proseslərinin güclənməsi və dinin siyasiləşdirilməsi şəraitində dövlət və din arasında tarazlaşdırılmış münasibətlərin təmin edilməsi sosial sabitlik və milli təhlükəsizliyin əsas amillərindən birinə çevrilir.

Məlumat yenilənir

Seçilən
65
far.az

1Mənbələr