AZ

Sivasda şagirdləri daşıyan servis aşdı: yaralılar var

Sivasın Alahacı kəndində şagirdləri daşıyan məktəb servisi buzlanma səbəbindən aşıb.

AzEdu.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, qəza nəticəsində sürücü və avtomobildə olan 14 şagird yaralanıb.

Hadisə yerinə dərhal təcili tibbi yardım, fövqəladə hallar və polis komandaları cəlb olunub.

Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra Sivas şəhərindəki xəstəxanalara aparılıb. Rəsmi açıqlamaya görə, 2 şagirdin vəziyyəti orta ağır, digərlərinin və sürücünün vəziyyəti isə yüngül olaraq qiymətləndirilir.

Araşdırma davam edir.

Zeynəb Tehranlı 

Seçilən
21
azedu.az

1Mənbələr