AZ

Son iki ildə Azərbaycanda himayədar ailələrə verilən uşaqların sayı 60-a çatıb

Azərbaycanda ötən dövrdə (2023-ün noyabrından indiyədək) himayədar ailələrə verilən uşaqların sayı 60-a çatıb.

Aznews.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.

Qeyd edilib ki, nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən himayədar ailələlərə verilən uşaqlardan 36-sı qız, 24-ü oğlandır.

Onlardan 28-i 6 yaşadək, 26-sı 7-13 yaş arası, 6-sə isə 14-18 yaş arası uşaqlardır.

Seçilən
6
4
aznews.az

10Mənbələr