Türkiyənin media resursları və ictimai yerlərində Azərbaycan məhsullarına dair reklam xarakterli materiallar paylaşılacaq.
Ölkə.Az-ın məlumatına görə, bununla bağlı Azərbaycan tərəfi Türkiyə ilə müqavilə bağlayıb
Bundan əlavə, “Made in Azerbaijan” rəfləri müvafiq mağaza şəbəkələrində yerləşdiriləcək.
İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi "RAA Medya Anonim" şirkəti ilə razılaşma əldə edib. Layihənin dəyəri 49 min manatdan bir qədər çoxdur.