ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
Rusiyada Ukraynaya qarşı müharibədə iştirak etmiş daha azı dörd nəfər dövlətə xəyanət maddəsi ilə mühakimə edilir.
“AzPolitika” xəbər verir ki, “Sibir.realii” nəşrinin araşdırmasına görə, söhbət Aleksandr Firstov, Georgi Borzdov, Nikita Boqomolov və Artyom Harindən gedir. Onların işləri daha əvvəl Tuvadan olan hərbçi Anton Kuruu ilə bağlı məhkəmə prosesindən sonra üzə çıxıb.
Məlumata görə, təqsirləndirilən şəxslər dövlətə xəyanətə cəhd, terror təşkilatında iştirak, diversiya və hərbi hissəni özbaşına tərk etmə kimi maddələrlə ittiham olunurlar. İşlərin detalları açıqlanmır.
Hüquq müdafiə layihəsi “Birinci şöbə”nin məlumatına əsasən, 2025-ci il Rusiyada dövlətə xəyanət və oxşar ittihamlar üzrə rekord il olub. İlin əvvəlindən bu maddələr üzrə 468 nəfər məhkum edilib, yüzlərlə iş üzrə istintaq davam edir və indiyədək heç bir bəraət hökmü verilməyib.
“AzPolitika.info”
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.