Rusiyanın məşhur kürü markalarında bağırsaq çöpü aşkarlanıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Roskaçestvo” məlumat yayıb. Beş məşhur brendin məhsulunda təhlükəli bakteriya tapılıb, birində isə ucuz kürü bahalısı ilə əvəzlənib.
Məlumata görə, Rusiyanın beş populyar ticarət markasının kürüsündə patogen mikroorqanizmlər – bağırsaq çöpü aşkar edilib.
Söhbət “Moskovskiy rıbokombinat”, “Russkoye More”, “Krasnoye zoloto”, “Delikateska” və “Krasnaya ikra” markalarından gedir. Bundan əlavə, “MorMer” və “Qorçakov” markalı kürülərdə də mikroorqanizmlərin səviyyəsinin normadan artıq olduğu üzə çıxıb.
Yoxlamalar zamanı bəzi ticarət markalarında duzun miqdarının standarta uyğun gəlmədiyi müəyyən edilib.
Aşkarlanan maraqlı məqamlardan biri isə odur ki, bir istehsalçı qablaşdırmaya Qorbuşa (çəhrayı qızılbalıq) kürüsü əvəzinə daha bahalı olan Keta kürüsü qoyub.
Xuraman Etibarlı
İnterpress.az