Varşavada imzalanan sənəd Polşa ərazisindəki "Adamova Zastava" məntəqəsində neftin ötürülməsinin texniki və təşkilati aspektlərini tənzimləyir. Müqavilə neftin qəbulu, təhvil verilməsi, uçotu qaydalarını, tərəflərin öhdəliklərini və sənəd dövriyyəsini əhatə edir. Saziş 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.
Polşanın neft nəqliyyat infrastrukturunun operatoru olan PERN şirkəti Qazaxıstan neftinin Almaniyaya fasiləsiz çatdırılmasında əsas rol oynayır. Yeni müqavilə marşrut boyu - Qazaxıstandan sonuncu avropalı istehlakçıya qədər bütün magistral neft kəməri operatorları arasında qarşılıqlı əlaqəni gücləndirəcək.
"KazMunayQaz"ın strukturuna daxil olan "KazTransOyl" bu addımla ixrac imkanlarını genişləndirməyə və Qazaxıstanın beynəlxalq enerji bazarlarındakı mövqeyini möhkəmləndirməyə davam edir.