AZ

“Falcon 50” qəzası: Qara qutu tapıldı, araşdırma üçün heyət Türkiyəyə gəlir

“Falcon

Ankarada qəzaya uğrayan “Falcon 50” tipli təyyarə ilə bağlı araşdırma aparılması üçün Liviyadan nümayəndə heyəti Türkiyəyə yola düşüb.

1news.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib. Onun sözlərinə görə, qəza yerində təyyarənin səs qeyd cihazı və qara qutusu gecə saatlarında tapılıb, 22 nəfərlik Liviya heyəti isə Ankaraya gəlir.

Qeyd edək ki, Türkiyədə rəsmi səfərdə olan Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd əl-Həddadın da olduğu təyyarənin qəzaya uğraması nəticəsində göyərtədəki bütün şəxslər həlak olub. Faciə qurbanları arasında Liviya Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri və müşayiət edən şəxslər də var.

Seçilən
65
1news.az

1Mənbələr