AZ

“Koroğlu” tankerinin tərsanə təmiri başa çatıb

Bakı. Trend:

"AZCON Holding" şirkətlərindən olan ASCO-nun “Koroğlu”tankerinin tərsanə təmiri başa çatıb.

Trend bu barədəASCO-ya istinadın xəbər verir.

"Dəniz Nəqliyyatı Donanmasının tərkibində istismar olunan tankerüzrə təmir işləri “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodundaaparılıb. Qısa müddətdə və yüksək keyfiyyətlə həyata keçiriləntəmir çərçivəsində tankerin sualtı və suüstü hissələri, maşınşöbəsindəki mexanizmlər, gəminin baş göyərtəsi təmizlənərəkrənglənib. Gəmi üzrə klapanların təmiri və ağac emalı işlərigörülüb.

Bundan başqa, tankerdə gövdə-qaynaq, elektrik-quraşdırma işləriyerinə yetirilib. Həmçinin gəmi heyətinin yaşayış və xidmətiotaqları müasir tələblər səviyyəsində yenilənib.

Təmirdən sonra tanker yenidən istismara qaytarılıb və onun ilksəfəri Türkmənistanın Kiyanlı limanına olub.
Uzunluğu 149,9, eni 17,3 metr, sürəti 12 uzel olan gəmi 13 min tonyükdaşıma qabiliyyətinə malikdir.

Seçilən
40
10
az.trend.az

10Mənbələr