Bakı. Trend:
Türkiyədə “Fənərbağça” futbol klubunun prezidenti SadətdinSaranın verdiyi narkotik testi müsbət çıxıb.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, klub rəhbərindən götürülmüş saç nümunəsindəkokain izləri aşkarlanıb. Nəticələrlə bağlı yekun hesabat İstanbulbaş prokurorluğuna yollanıb, Saranın özündən isə şəhəri tərketməməsi barədə yazılı iltizamnamə alınıb.
Sadətdin Saran – türkiyəli idmançı, biznesmen və idman kluburəhbəridir. O cari ilin sentyabr ayından bəri “Fənərbağça” klubununprezidenti vəzifəsini tutur.
Hazırda “Fənərbağça” klubu Türkiyə Super-Liqasının turnircədvəlində ikinci yerdə qərarlaşıb, klub “Qalatasaray”dan 3 xalgeridə qalır.