ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İnsan orqanlarının ticarəti ilə məşğul olan ukraynalı qadın Polşadan Qazaxıstana ekstradisiya edilib.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, 2017-ci ilin iyul ayından 2019-cu ilin yanvar ayına qədər qadın “qara bazar”da yenidən satış üçün Qazaxıstan, Ermənistan, Azərbaycan, Qırğızıstan, Tacikistan, Tailand və Özbəkistanda qanunsuz olaraq insan böyrəkləri alıb.
Ukrayna vətəndaşının 5 il beynəlxalq axtarışda olduğu və bu yaxınlarda Polşada təsadüfən aşkar edilərək saxlanıldığı bildirilir. Qazaxıstan məhkəməsi 35 yaşlı qadını qiyabi olaraq 12 il həbs cəzasına məhkum edib.
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.