AZ

Noah Sadiki jurnalistin sualına Bibliya göstərərək cavab verib

“Sanderlend” klubunun və Konqo millisinin yarımmüdafiəçisi Noah Sadiki zədələrdən kənar qalması ilə diqqət çəkir.

İdman.Biz xəbər verir ki, 21 yaşlı futbolçu “Transfermarkt” məlumatına əsasən peşəkar karyerası boyunca heç bir zədə tarixi göstərilməyən oyunçular sırasındadır və onun üçün sağlıq baxımından problem qeydə alınmayıb.

Belə bir göstərici onun məşqlərdə və matçlarda fasiləsiz çıxış etməsinə imkan verir.

Futbolçu, “necə zədələrdən qaçırsan” sualına cavab olaraq heç bir söz demədən Bibliyanı göstərib.

Məlumatda bildirilir ki, bütün karyerası ərzində heç bir qeydə alınmış zədəsi olmayan Sadiki “Mançester Yunayted” və “Çelsi” klublarının diqqətini özünə cəlb edib.

İdman.Biz
Seçilən
24
1
idman.biz

2Mənbələr