Azərbaycan milli komandasının futbolçularının 2025/2026 mövsümünün ilk yarısında Misli Premyer Liqasında meydana çıxdığı oyunların sayı müəyyənləşib.
"Report"un araşdırmasına görə, çempionatda çıxış edən millinin oyunçuları arasında həm əsas heyətin dəyişməz üzvləri, həm də rotasiya ilə şans qazananlar var.
Qapı xəttində ən sabit göstərici Səlahət Ağayevə məxsusdur. "Qəbələ"nin "çərçivə qoruyucusu" 15 oyunda 1350 dəqiqə meydanda olub. Komandasının bir oyununun təxirə salınmasına baxmayaraq, Ağayev mövsümün ən çox forma geyinən milli qapıçısıdır.
Müdafiəçilər arasında Rüfət Abbasov və Elvin Bədəlov fərqlənir. Hər ikisi 16 qarşılaşmada 1422 dəqiqə ilə yadda qalıblar.
Yarımmüdafiə xəttində ən çox oyun keçirənlərdən biri Emin Mahmudovdur. O, 16 matçda 1136 dəqiqə oynayıb.
Hücum xəttində isə Rüstəm Əhmədzadə ən çox forma geyinən milli futbolçudur. O, 16 oyunda 1287 dəqiqə meydanda olub.
Qeyd edək ki, 2025/2026 mövsümündə Misli Premyer Liqasında legioner limiti ləğv edilib. Araşdırma DÇ-2026-nın seçmə mərhələsində yığmaya dəvət alan futbolçular arasında aparılıb. Tskilın 6 matçına 33 futbolçu dəvət alıb, onlardan 6-sı (Mahir Emreli, Ozan Can Kökçü, Rüfət Abdullzadə, Cəlal Hüseynov, Renat Dadaşov, Anton Krivotsyuk) legionerdir.
Azərbaycan millisinin futbolçuları Misli Premyer Liqasında:
Qapıçılar
Şahruddin Məhəmmədəliyev ("Qarabağ") - 6 oyun, 540 dəqiqə
Aydın Bayramov ("Zirə") - 2 oyun, 180 dəqiqə
Rza Cəfərov ("Neftçi") - 0 oyun
Səlahət Ağayev ("Qəbələ")- 15 oyun, 1350 dəqiqə ("Qəbələ"nin bir matçı təxirə salınıb)
Müdafiəçilər
Rəhman Daşdəmirov ("Sabah") - 10 oyun, 753 dəqiqə
Rahil Məmmədov ("Araz-Naxçıvan") - 5 oyun, 450 dəqiqə
Faiq Hacıyev ("Turan-Tovuz") - 13 oyun, 879 dəqiqə
Elvin Cəfərquliyev ("Qarabağ") - 13 oyun, 450 dəqiqə
Rüfət Abbasov ("Şmaxı") - 16 oyun, 1422 dəqiqə
Bəhlul Mustafazadə ("Qarabağ") - 5 oyun, 430 dəqiqə
Abbas Hüseynov ("Qarabağ") - 2 oyun, 149 dəqiqə
Elvin Bədəlov (Neftçi) - 16 oyun, 1422 dəqiqə
Bədavi Hüseynov ("Qarabağ") - 8 oyun, 700 dəqiqə
Qismət Alıyev ("Zirə") - 15 oyun, 1268 dəqiqə
Murad Xaçayev ("Neftçi") - 8 oyun, 481 dəqiqə
Yarımmüdafiəçilər
Səbuhi Abdullazadə ("Sumqayıt") - 15 oyun, 1251 dəqiqə
Anatoli Nuriyev ("Sabah") - 8 oyun, 186 dəqiqə
Toral Bayramov ("Qarabağ") - 13 oyun, 1020 dəqiqə
Emin Mahmudov ("Neftçi") - 16 oyun, 1136 dəqiqə
Xəyal Əliyev ("Sabah") - 14 oyun, 602 dəqiqə
Ceyhun Nuriyev ("Zirə") - 13 oyun, 667 dəqiqə
Mustafa Əhmədzadə ("Araz-Naxçıvan") - 11 oyun, 435 dəqiqə
İsmayıl İbrahimli ("Zirə") - 10 oyun, 641 dəqiqə
Abdulla Xaybulayev ("Sabah") - 12 oyun, 341 dəqiqə
Hücumçular
Nəriman Axundzadə ("Qarabağ") - 12 oyun, 599 dəqiqə
Rüstəm Əhmədzadə ("Sumqayıt") - 16 oyun, 1287 dəqiqə
Musa Qurbanlı ("Qarabağ") - 8 oyun, 537 dəqiqə