ain.az, Demokrat.az saytına istinadən bildirir.
"Baxıcılıq fəaliyyəti ilə məşğul olmaq və bunun müqabilində pul almaq, mahiyyət etibarilə, qanunsuz deyil. Kim inanırsa, gedir və pulunu verir. Əslində, psixoloqlara müraciət edib ödəniş etmək də eyni məntiqə əsaslanır".Bu sözləri Demokrat.az-a açıqlamasında vəkil Əkrəm Həsənov deyib. O bildirib ki, fərq ondadır ki, bu fəaliyyətdən əldə olunan gəlirə görə vergi ödənilməlidir:"Lakin real nəzarət mexanizmi çox çətindir. Müğənnilərdən fərqli olaraq, baxıcılar ev şəraitində fəaliyyət göstərir və bu da faktların sübutunu mürəkkəbləşdirir. Vergi orqanı konkret olaraq kimin gəlib nə qədər pul verdiyini sübut etməlidir".Vəkil deyib ki, belə hallarda da söhbət adətən böyük məbləğlərdən getmir:"Dövlət verginin ödənilməsini tələb edə, 14 faiz vergi və üzərinə 50 faiz cərimə tətbiq edə bilər. Vergi orqanları da bu çətinliyi bildiyi üçün bu sahəyə ciddi nəzarət etmir. Çünki nəzarət üçün əməkdaş göndərmək, ödənişi sübut etmək praktik olaraq mümkünsüzdür. Eyni çətinlik repetitorluq və fərdi müəllimlik fəaliyyəti üçün də keçərlidir".Qeyd edək ki, son dövrlər sosial mediada baxıcılıqla bağlı sponsorlu reklamların sayı artıb. Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.