AZ

Moskva–Dəməşq xətti yenidən aktivləşdi: Lavrov Suriya XİN rəhbəri ilə danışdı

Rusiya xarici işlər naziri Sergey Lavrov Suriyanın xarici işlər naziri Əsəd Əş-Şeybani ilə danışıqlar aparıb. 

Olaylar.az xəbər verir ki, görüş zamanı tərəflər ikitərəfli əməkdaşlıq, eləcə də Yaxın Şərqdəki mövcud təhlükəsizlik və siyasi vəziyyəti ətraflı müzakirə ediblər.

Lavrov bildirib ki, Vladimir Putin və Əş-Şeybani bir gün əvvəl Rusiya-Suriya münasibətlərinin əsas istiqamətlərini və regionda baş verən prosesləri nəzərdən keçiriblər. Nazir bu təmasları konstruktiv və faydalı adlandırıb.

Onun sözlərinə görə, danışıqlar zamanı regional sabitlik, təhlükəsizlik məsələləri, humanitar gündəm və siyasi dialoqun davam etdirilməsi xüsusi diqqət mərkəzində olub. Lavrov vurğulayıb ki, tərəflər arasında mövqelər bir çox məsələlərdə üst-üstə düşür və bu, əməkdaşlığın davamı üçün möhkəm zəmin yaradır.

Görüşü şərh edən Rusiya XİN rəhbəri söhbəti "yaxşı və səmərəli" kimi qiymətləndirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
31
olaylar.az

1Mənbələr