AZ

Rəvan Həsənov: Ali təhsildə multikulturalizm fənni dini maarifçiliyi dəstəkləyir

ain.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

2015-ci ildən Azərbaycanda ali təhsil müəssisələrində multikulturalizm fənni bakalavriat və magistratura pilləsində tədris olunur. Fənn 27 dünya universiteti ilə qarşılıqlı müqavilələr əsasında proqramlara inteqrasiya edilib.

Bakıvaxtı.az xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bu fikirləri “Rəqəmsal İnformasiya Mühitində Dini Təhsil və Maarifçilik Strategiyaları” adlı panel müzakirədə səsləndirib.

O bildirib ki, müasir dövrdə süni intellekt və digər texnologiyalar gənclərin məlumat əldə etməsini asanlaşdırsa da, dini biliklərin öyrənilməsində mənbələrin düzgün seçilməsi və biliklərin düzgün ayrılması xüsusi əhəmiyyət daşıyır.

Həsənov həmçinin vurğulayıb ki, Azərbaycanın təhsil sistemi gənclərin həm dünyəvi, həm də dini biliklər əsasında formalaşmasına imkan yaradır və bu sahədə qarşıya çıxan çağırışlar davamlı olaraq müzakirə olunur.

Zeynəb Rzayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
84
bakivaxti.az

1Mənbələr