AZ

Rusiyada kuryerlər yemək əvəzinə uşaqları DAŞIYIRLAR

Ajans.az TASS agentliyinə istinadən xəbər verir ki,“Moskva və Moskva vilayəti: qəzalar və fövqəladə hallar” adlı Telegram kanalının paylaşdığı görüntülərdə çatdırılma geyimində olan bir kişinin elektrik velosipedini saxlayaraq uşağı termoboksdan çıxardığı və yerə qoyduğu görünür. Daha sonra oxşar geyimdə olan digər bir kişi də öz çatdırılma çantasından azyaşlını çıxarıb. Hər iki şəxsin kuryer olduğu ehtimal edilir. Moskva vilayəti polisinin məlumatına görə, video ilə bağlı araşdırma başlanıb. Hüquq-mühafizə orqanları hadisənin iştirakçılarının kimliyini müəyyənləşdirməyə çalışır. TASS agentliyinin 23 dekabr tarixli məlumatına əsasən, “Yandex” şirkəti də baş verənlərlə bağlı daxili yoxlama aparır. Şirkətin mətbuat xidməti bildirib ki, termobokslar yalnız hazır yeməklərin və ərzaq məhsullarının daşınması üçün nəzərdə tutulub və onların digər məqsədlər üçün istifadəsi yolverilməzdir.  

 

Seçilən
28
Ajans.az

1Mənbələr