Hurriyyet.az xəbər verir ki, Rusiya 2036-cı ilə qədər Ayda elektrik stansiyası tikmək qərarına gəlib.
"Roskosmos" şirkəti Ayda elektrik stansiyası tikmək üçün Rusiyanın raket-kosmos sənayesinin aparıcı müəssisəsi olan "Lavoçkin adına elmi-istehsalat birliyi" ilə müqavilə imzalayıb.
Elektrik stansiyasının əsas vəzifəsi Rusiyanın Ayla bağlı proqramının istehlakçılarının, eləcə də xarici tərəfdaşların obyektləri də daxil olmaqla, Beynəlxalq Elmi Ay Stansiyasının infrastrukturunun uzunmüddətli enerji təchizatı olacaq.
Hürr Tərcüman