Qubernator bildirib ki, əsgərlər ilin ən sıx dövrü olan bayram mövsümündə təhlükəsizliyi təmin etməkdə yardım edəcəklər. Lendri Fox News telekanalına verdiyi müsahibədə qeyd edib ki, Milli Qvardiya əsgərləri fevral ayının sonunadək şəhərdə qalacaq.
The New York Times qəzeti bildirir ki, qubernator aylar öncə ABŞ Prezidenti Donald Tramp administrasiyasından əsgərlərin yerləşdirilməsinə icazə almaq istəyib. Ştat qubernatorunun əsgərləri işə cəlb etmək hüququ olsa da, federal icazə xərclərin tam qarşılanmasını təmin edir.
Qəzet qeyd edir ki, ABŞ hakimiyyəti Milli Qvardiya əməkdaşlarından cinayətə görə məhkum edilmiş qeyri-qanuni miqrantların saxlanılmasında istifadə etməyi planlaşdırır.
Tramp dəfələrlə immiqrasiya siyasətinin sərtləşdirilməsini müdafiə edib və qeyri-qanuni miqrantların deportasiyası üçün ABŞ tarixində ən genişmiqyaslı əməliyyatları həyata keçirməyi vəd edib. Bu ilin yanvar ayının sonundan bəri Nyu-York, Çikaqo və Los-Ancelesdə genişmiqyaslı reydlər aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31