AZ

Dini abidələr dövlət tərəfindən qorunur, bərpa olunur, vətəndaşların ziyarəti üçün şərait yaradılır - Nazir müavini

Bakı. Trend:

Daşınmaz mədəni irsimiz dedikdə tarixi abidələrimiz nəzərdətutulur və tarixi abidələrimiz siyahısında xüsusi yeri diniabidələr tutur.

Trend xəbərverir ki, bunu mədəniyyət nazirin müavini Fərid Cəfərov AzərbaycanDin Xadimlərinin II Forumu çərçivəsində baş tutan “Multikulturaldəyərlər sistemi: dövlət-din münasibətlərinin hüquqi və mədəniaspektləri”paneldə çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, burada məscidlər, kilsələr,sinoqoqlar və digər dini abidələr nəzərdə tutulur:

“Bu gün dini abidələr dövlət tərəfindən həm qorunur, həm bərpaolunur, həm də hər bir vətəndaşın ziyarəti üçün hər cür şəraityaradılır”.

F.Cəfərov vurğulayıb ki, dinimizin mədəniyyətimizə təsiriqeyri-maddi mədəni irs nümunələrində daha aydın görülür.

“Bütün irs məsələlərində əsas yeri qeyri-maddi mədəni irsnümunələri tutur. Bütün dinlərin əlamət və ənənələrini əks etdirənbu irs nümunələrimiz dövlət tərəfindən qorunub saxlanılır”,- deyə ofikrini yekunlaşdırıb.

Seçilən
17
az.trend.az

1Mənbələr