AZ

İsveç Azərbaycanlıları Koordinasiya Şurasının Yöteborq şəhəri üzrə koordinatoru və Azərbaycan Qarabağ Mərkəzinin rəhbəri Ülviyyə Nəcəfovadan  

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirik.

Sizin rəhbərliyiniz altında Azərbaycan Respublikası mühüm tarixi uğurlara imza atmış, dövlət suverenliyini və ərazi bütövlüyünü tam təmin etmiş, beynəlxalq aləmdə nüfuzunu daha da artırmışdır. Bu nailiyyətlər xaricdə yaşayan azərbaycanlılar üçün böyük qürur mənbəyi və mənəvi dayaqdır.

Sizin ardıcıl diaspor siyasətiniz soydaşlarımızın milli kimliyinin qorunması, Azərbaycan mədəniyyətinin dünyada təbliği və həqiqətlərinin tanıdılması baxımından xüsusi əhəmiyyətə malikdir. Biz də İsveçdə yaşayan azərbaycanlılar olaraq, bu siyasətə uyğun şəkildə ölkəmizi layiqincə təmsil etməyə və Azərbaycan-İsveç münasibətlərinin inkişafına töhfə verməyə çalışırıq.

Bu əlamətdar gündə Sizə uzun ömür, cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayırıq. Qoy Sizin rəhbərliyiniz altında Azərbaycan dövləti daim güclənsin, xalqımız hər zaman sülh və firavanlıq şəraitində yaşasın!

İsveçdə yaşayan azərbaycanlılar adından dərin hörmətlə,

 Ülviyyə Nəcəfova

İsveç Azərbaycanlıları Koordinasiya Şurasının Yöteborq şəhəri üzrə koordinatoru və Azərbaycan Qarabağ Mərkəzinin rəhbəri

Seçilən
19
2
azerbaijan-news.az

3Mənbələr