AZ

Ukraynalı olimpiya çempionu vəfat etdi

Ukraynalı olimpiya çempionu Anatoli Bondarçuk vəfat edib.

Busaat.az “Sport.ua”ya istinadən xəbər verir ki, 2004-cü ildən Kanadanın Kemlups şəhərində yaşayan atlet 85 yaşında ölüb.

Onun ölümünün səbəbləri açıqlanmayıb.

Qeyd edək ki, A.Bondarçuk 1972-ci ildə çəkicatma yarışlarında olimpiya rekordu ilə qızıl medala sahib olub. Sabiq idmançı həmçinin 1969-cu ildə Avropa çempionatının qalibi olub. Bundan əlavə, 4 dəfə SSRİ çempionatında qalib gəlib.

Seçilən
56
1
busaat.az

2Mənbələr